Sual-Cavab
İş yerinin dəyişdirilməsi üçün yalnız Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər müraciət edə bilərlər.
İşə qəbul üzrə müsabiqədə yalnız ali və ya orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.
Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində və bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
Həvəsləndirmə tədbirləri dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir.
- əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım.

- rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya;

- rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya və aylıq əməkhaqqına 100 (yüz) manat məbləğində əlavə;
2016-cı ildə müsabiqənin test mərhələsində namizədlər tərəfindən toplanan keçid balları cari ildə də qüvvədə saxlanılacaqdır.Həmin namizədlər birbaşa müsabiqənin vakansiya seçimi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Xeyr. Test imtahanın balı hesablanarkən səhv cavabların sayı düz cavabların sayına təsir etmir, düz cavabların sayına uyğun bal verilir.
Test mərhələsində namizədlər ixtisaslarına uyğun olaraq 40 sual, məntiqə aid 10 sual və təlim strategiyalarına, metodikaya aid 10 sual təqdim olunacaqdır.
Vakansiya seçimi müsabiqənin test mərhələsi başa çatdıqdan sonra həyata keçiriləcəkdir.