1.Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?
- Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu
Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
2. Müsabiqə hansı mərhələlərdən ibarətdir?
- Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi,
test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi
3. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?
- Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və
dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə
bilər.
4.Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?
- Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda miq.edu.az saytında
şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan
keçməlidirlər.
5. Miq.edu.az saytından qeydiyyatdan keçərkən xüsusi diqqət yetirmək lazımdır:
- Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik
kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcəkdir. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır.
Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcəkdir.
6. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?
- Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə
qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata
keçirilir.
7. Test imtahanı necə təşkil olunur?
- Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.
8. Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?
- Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə
bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim
ardıcıllığı gözlənilməklə aparılır.
9. Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?
- Hazırkı müsabiqədə müəllim vəzifəsində çalışmayan şəxslərin iştirakı nəzərdə tutulub.
11. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr
müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?
- Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə
müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik
qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu
müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron
ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.
12. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?
- Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi
dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
13. İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?
- Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.
14. Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?
- Namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə
təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi,
sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq
edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim
etməlidirlər.
15. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata
keçirilir?
- Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid
balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq
edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
16. Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?
- Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan
müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici
məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.
17. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?
- Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra
tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apelyasiya komissiyası tərəfindən bir həftə ərzində
baxılacaqdır.