İyulun 15-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.


Azərbaycan Texniki Universitetinin idman zalına təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media kapitanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mediatur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Həmçinin, görülən işlər nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb.

Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir.

Bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.


XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika ...

Ətraflı
Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni ...

Ətraflı
Elektron qeydiyyat davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 ...

Ətraflı